Yuxu



Qrupun tarixi:
Azərbaycanda ilk rock qruplarından biri, 1988-2001-ci illərdə Azərbaycanda və Türkiyədə fəaliyyət göstərmişlər.
YUXU qrupu 1988-ci ildə (SSRİ zamanında) Azərbaycanın Sumqayıt şəhərində yaranmışdır.
1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər.

Qrup bir-neçə ildir ki, dağılıb, fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazov və gitaraçı Namiq Nəğdəliyev bu yöndə fəaliyyət göstərir.

Qrup üzvləri:
-Cəsur Nemətov - vokal
-İbrahim Emin - bass gitara
-Çingiz Eyvazov - zərb,baraban
-Namiq Nəqdəliyev - gitara

Fəaliyyətləri:
Yuxu qrupu Azərbaycanın ilk rok qrupu olub. Daim əziyyətlə albom buraxan qrupun bu illər ərzində üç albomu işıq üzü görüb. Türkiyə və digər başqa ölkələrin dilində YUHU və ya YUKHU kimi tanınan qrup artıq bu gün əfsanəyə çevrilmişdir.

Qrupun əsas üzvlərindən olan Namiq Nəqdəliyev hal-hazırda Kıraç, Funda Arar, Haluk Levent, Barış Aksu və başqa rokerlərlə işləyir və onların musiqilərini bəstələyib ifa edir. Kıraçın Türk Dizisi adlanan seriallarında oxuduğu musiqilərin çoxsunun bəstəkarı və gitaraçısıdır. "Bir İstanbul Masalı" kino serialının beş mahnısı Namiqə aiddir. Bunlardan ən uğurlusu: Pırıltı, Göz yaşı, Çığlık və s. belə bəstələrdir. Deyilən faktlara əsasən o Tufan Kıraçın şəxsi gitaraçısıdır.
Azərbaycan musiqiçilərindən yalnız Zülfiyyə Xanbabayevanın "Məni daha gözləmə" adlı parçasının gitara hissəsini ifa edib.

Albomları:
-Xəzərin Sahilində - 1993
1.Üz bə üz
2.Şər
3.Al özünü elə
4.Eşid ey düşmən
5.Istanbul
6.Xəzərin sahilində
7.Papaq
8.Məni sənsən düşündürən
9.Ala gözlü yar
10.Döngə

-Sumqayit - 1994

1.Bayati şiraz
2.Sumqayit
3.Dünya dəyişir
4.Xəyalpərəst
5.Oyan yuxudan
6.Çayçida
7.Aldatdin məni sən
8.Qul ve Şah
9.Sev bu dünyani
10.Yolçu


-Ölümə çarə yox - 2001

1.Ölümə çarə yox
2.Səbinə
3.Şir
4.Canli meyid
5.Qonşu qiz
6.Iblis
7.Karadeniz turkusu
8.Ulu tanrim
9.Bəd

Qrup haqqında fikirlər:

- Türk dinləyicilərindən biri belə deyirdi: İstanbulda "Carvan" barda işlədikləri zaman insanlar qapıda quyruq kimi sıraya durmuşdular. Hətta o zaman Namiq "Abi" İstanbulda ən yaxşı gitaraçı yarışmasında birinci (I) olmuşdu.
- Onlarla ünsiyyətdə olan başqa bir insan belə söyləyirdi: Bir dəfə Namiqə necə bu qədər əla gitara çaldığını soruşdum. O da mənə cavabında: - Mən o qədər də yaxşı ifa etmirəm, çalışan hər kəs bunu edə bilər! - demişdi.
- 90-cı illərin əvvəllərində rock bar şüarı türkiyədə ən yüksək zirvəsindəykən bu azərbaycanlı qardaşlarımız Taksim meydanında "Tual" adlı barda səhnə almışdılar. Halbu ki, orada hələ türk rokçuları belə səhnə almamışdılar.
- Hətta türkiyədə türklər tərəfindən söylənən və hətta buna türkü adı verilən bir şer də qoşmuşdular:
Gecələr yuxusuz goyubsan məni, (Geceler uykusuz koyumuşsun beni,)
Öyrənə bilmirəm ürək sirrini. (Öğrene bilemiyorum yürek sırrını.)
- Türkiyəli insanlardan biri də belə deyirdi: "Mən Yuxunu Metallicaya bənzədirəm və mənim kimi düşünənlər də çoxdur".

0 Oxucunun Düşündükləri: