Zeytoon


Zeytoon". Bu qrup Ərsalan Müdərris tərəfindən 1997-ci ildə Təbriz şəhərində yaradılıb. On ildir fəaliyyət göstərməsinə baxmayaraq, "Zeytoon" qrupunun hələ də albomu yoxdur. Səbəbləri kifayət qədərdir.

Qrupun üzvləri

Lead Guitar və vokalçı Ərsalanı
Baş gitaraçı Amacı
Ritm gitaraçı Fərzanı
Zərb alətlərinin ifaçısı Bəhram dinləyək.

Ərsalan: Rok musiqi forması deyil, bir fəlsəfə və yaşam tərzidir. Rok yalanlara, savaşlara, insanların məntiqsiz inanclarına qarşı üsyan, düşünməyə, insan kimi yaşamağa, keçmişə və gələcəyə baxmamağa dəvətdir.


http://www.zeytoongroup.com/


Dondum
Sara

Uçmaq İstedim
Deniz

Yuxu



Qrupun tarixi:
Azərbaycanda ilk rock qruplarından biri, 1988-2001-ci illərdə Azərbaycanda və Türkiyədə fəaliyyət göstərmişlər.
YUXU qrupu 1988-ci ildə (SSRİ zamanında) Azərbaycanın Sumqayıt şəhərində yaranmışdır.
1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər.

Qrup bir-neçə ildir ki, dağılıb, fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazov və gitaraçı Namiq Nəğdəliyev bu yöndə fəaliyyət göstərir.

Qrup üzvləri:
-Cəsur Nemətov - vokal
-İbrahim Emin - bass gitara
-Çingiz Eyvazov - zərb,baraban
-Namiq Nəqdəliyev - gitara

Fəaliyyətləri:
Yuxu qrupu Azərbaycanın ilk rok qrupu olub. Daim əziyyətlə albom buraxan qrupun bu illər ərzində üç albomu işıq üzü görüb. Türkiyə və digər başqa ölkələrin dilində YUHU və ya YUKHU kimi tanınan qrup artıq bu gün əfsanəyə çevrilmişdir.

Qrupun əsas üzvlərindən olan Namiq Nəqdəliyev hal-hazırda Kıraç, Funda Arar, Haluk Levent, Barış Aksu və başqa rokerlərlə işləyir və onların musiqilərini bəstələyib ifa edir. Kıraçın Türk Dizisi adlanan seriallarında oxuduğu musiqilərin çoxsunun bəstəkarı və gitaraçısıdır. "Bir İstanbul Masalı" kino serialının beş mahnısı Namiqə aiddir. Bunlardan ən uğurlusu: Pırıltı, Göz yaşı, Çığlık və s. belə bəstələrdir. Deyilən faktlara əsasən o Tufan Kıraçın şəxsi gitaraçısıdır.
Azərbaycan musiqiçilərindən yalnız Zülfiyyə Xanbabayevanın "Məni daha gözləmə" adlı parçasının gitara hissəsini ifa edib.

Albomları:
-Xəzərin Sahilində - 1993
1.Üz bə üz
2.Şər
3.Al özünü elə
4.Eşid ey düşmən
5.Istanbul
6.Xəzərin sahilində
7.Papaq
8.Məni sənsən düşündürən
9.Ala gözlü yar
10.Döngə

-Sumqayit - 1994

1.Bayati şiraz
2.Sumqayit
3.Dünya dəyişir
4.Xəyalpərəst
5.Oyan yuxudan
6.Çayçida
7.Aldatdin məni sən
8.Qul ve Şah
9.Sev bu dünyani
10.Yolçu


-Ölümə çarə yox - 2001

1.Ölümə çarə yox
2.Səbinə
3.Şir
4.Canli meyid
5.Qonşu qiz
6.Iblis
7.Karadeniz turkusu
8.Ulu tanrim
9.Bəd

Qrup haqqında fikirlər:

- Türk dinləyicilərindən biri belə deyirdi: İstanbulda "Carvan" barda işlədikləri zaman insanlar qapıda quyruq kimi sıraya durmuşdular. Hətta o zaman Namiq "Abi" İstanbulda ən yaxşı gitaraçı yarışmasında birinci (I) olmuşdu.
- Onlarla ünsiyyətdə olan başqa bir insan belə söyləyirdi: Bir dəfə Namiqə necə bu qədər əla gitara çaldığını soruşdum. O da mənə cavabında: - Mən o qədər də yaxşı ifa etmirəm, çalışan hər kəs bunu edə bilər! - demişdi.
- 90-cı illərin əvvəllərində rock bar şüarı türkiyədə ən yüksək zirvəsindəykən bu azərbaycanlı qardaşlarımız Taksim meydanında "Tual" adlı barda səhnə almışdılar. Halbu ki, orada hələ türk rokçuları belə səhnə almamışdılar.
- Hətta türkiyədə türklər tərəfindən söylənən və hətta buna türkü adı verilən bir şer də qoşmuşdular:
Gecələr yuxusuz goyubsan məni, (Geceler uykusuz koyumuşsun beni,)
Öyrənə bilmirəm ürək sirrini. (Öğrene bilemiyorum yürek sırrını.)
- Türkiyəli insanlardan biri də belə deyirdi: "Mən Yuxunu Metallicaya bənzədirəm və mənim kimi düşünənlər də çoxdur".

3,14...



3,14... - Azərbaycan rok arenasında ilk dəfə Det/Funeral Doom Metal janrında ifa edən qrup 2002-ci ilin sentyabr ayında Bakı şəhərində,”DISSONANCE' qrupunun dağılması nəticəsində Emin Kərimov və Vadim Ələkbərov tərəfindən yaradılmışdır.Daha sonra qrupa Maksim Koçetov və Seva Hacıyeva qoşulmuşdur.

Əvəllər konsertlərdə "ALMA MATER" adı ilə "FATAL NATION" və "DEMOGORGON"(BLACK METAL janrında ifa edən bu qrup,artıq fəaliyyət göstərmir) kimi qruplarla bir səhnədə çıxış edən qrup bir müddətdən sonra durğunluq dövrü keçirdi.Digər üzvlərin qrupa biganə yanaşmalarını görən Emin Kərimov və Maks Koçetov qrupu tərk edirlər,özləri isə vətənə xidmətə yollanırlar.

Amma bu durğunluq dövrü uzun sürmür.Vətənə xidmətdən dönən Emin Kərimov və Maks Koçetov qrupu yenidən təşkil etməyə başlayırlar.İlk növbədə qrupun adı "ALMA MATER","3,14..."-lə(Cəbr elmindəki "Pi" və yaxud "π" işarəsinin açması)- əvəz olunur

2005-ci ilin yanvar ayından 2006-cı ilin Aprel ayına kimi "3,14..." qrupunu tərkibində 3 zərbçi dəyişmişdi.2006-cı ilin aprel ayında 2 gitaraçı-Andrey Estrovun və Ruslan Əliverdiyevin qrupu tərk etməsiylə,"3,14..." qrupunun başını yenə qara buludlar alır,lakin gözlənilmədən "FATAL NATION" qrupunun zərbçisi Ramin Sadıqovun qrupa qoşularaq ona həyat verdir.

Çox keçmir və qrupa 2-ci gitaraçı Elşən Əliyev qoşulur və da qrupun yaratdığı musiqini daha dolu və tamalayıcı edir.Bele heyətlə çıxış edən qrupu fervralın ayında qrupun yaradıcılarından sayılan Emin Kərimov tərk edir.

Qrupa sintezatorçu Kənan Kənaunas qoşulur.Çox keçmir ki hərbi xidmətə çağırıldığı üçün qrupu tərk edir.Onun ardınca Rusiyaya yollanmalı olan Elşən Əliyev qrupu tərk etməli olur.

2007-ci ilin iyun ayında Emin Kərimov yenidən qrupun üzvünə çevrilir.Bundan sonra çox keçmir ki qrupa daha bir gitaraçı Teymur Hüseyinov qoşulur.

Ramin Sadıqovun qrupu tərk etməsi və zərbçi tapa bilməyən qrup,zərb effekt və səslərini komupter vasitəsi ilə hazırlayır.

Belə heyyətlə qrup fəal məşqlərər başlayır.2007-ci ildə "Избавление" mahnısı studiyada yazılır,çox keçmir ki bu mahnıya klip çəkilir.

Dekabrda qrupa sintezatorçu Emin Həsənov qoşulur və bu qrupun ifa etdiyi musiqinin daha melodik və daha tamamlayıcı olmasına imkan verir

Hazırda qrup 4 nəfərdən ibarətdir və bu günlərdə də yeni material üzərində fəal çalışır.Qrupun solo konserti və ilk albomu,2008-ci ilin ikinci yarısına nəzərdə tutulur.

Qrupun tərkibi:

Maksim Koçetov (Bass/Vokal)
Emin Kərimov (Gitara/Vokal)
Teymur Hüseyinov (Gitara)
Emin Həsənov (Sintezator)

http://www.myspace.com/threeandfourteen

OzAn




Bir dəfə rock forumlardan birində Nurlan Kərimov Orxan Culfayevlə tanış olur. Onlar söhbətləşib yeni rock qrup yaratmaq qərarına gəlirlər. Beləliklə 2005-ci ilin oktyabrında Nurlan (vokal, gitara), Orxan Culfayev (gitara) və Teymur Xıdırov (baraban) görüşüb məşqlərə başlayırlar.
Amma təxminən 2 ay keçdikdən sonra Səttarxan adına mədəniyyət evində məşq edən qrup yaradıcılıq ilhamı çatışmazlığına görə dağılır. Ancaq, [FERRUM] qrupunun ilk bass gitaristi olan Nurlan Kərimov qrupu yenidən yaratmaq qərarına gəlir. Buna qədər bir çox rock qruplarda zərb ifa eliyən Teymur Xıdırov, solo gitarist Orxan Culfayev və qrupa yeni gələn bass gitarist Rena Lav EQUINOX adını alaraq öz geniş fəaliyyətlərinə başlayırlar. Rok qrup klassik rok mahnılarının cover versiyalarını işləyib hazırlayır. Bunun nəticəsində rock qrup bir çox t
ədbirdə çıxış etməyə başlayır. 20 may 2007-ci ildə EQUINOX, MIDNIGHT rok qrupu ilə bərabər Half Way Inn klubunda konsert verir. Qrup adını deyişərək OZAN adını alır.

Konsertler:
20 may 2007 Concert in Half Way Inn Baku
14 october 2007 Rock Festival Livin Pandemia vol2
4 november 2007 Rock concert in Half Way Inn Baku
12 january 2008 AzeriRock concert in Hard Rock Club with Sirr (Sumgait)
27 aprel 2008 Acoustic concert with Ferrum in Hard Rock Bar
25 may 2008 Anniversary concert with Pro’n’Con, Midnight in Half Way Inn
15 june 2008 Best Live Music Festival, Royal Club
29 june 2008 AzeriRock concert with Sirr (Sumgait) in Half Way Inn

Qrup üzvləri:
Nurlan Kərimov - vokal, gitara
Orxan Culfayev - gitara
Anar Əliyev - bass gitara
Teymur Xıdırov - baraban

Əvvəlki üzv:
Rena Lav - Bass gitara

Tərzləri:
Rock / Folk Rock / Grunge

Təsirləndiyi qruplar:
Yuxu, Metallica, Duman, Kurban, Megadeth, Slayer, Nirvana, Pentagram, Jimi Hendrix, Led Zeppelin, Opeth, the Mars Volta, Yes, Genesis, Tool, Doors


Mahnıları:






Qrupun MySpace səhifəsi.